Ukraynanın müdafiə sənayesi şirkəti “FirePoint” Rusiya ərazisinə doğru yerli istehsal olan ballistik raketin ilk dəfə buraxıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli medianın məlumatına görə, şirkətin baş direktoru İrina Terex bildirib.
Söhbət 300 kilometrədək mənzili olan FP-7 taktiki ballistik raketindən gedir.
Terexin sözlərinə görə, şirkət bu il istehsalına başlanması planlaşdırılan daha uzaqmənzilli ballistik raket üzərində də işlərini davam etdirir.




