Dünya · Azxeber.com

Türkiyədə bələdiyyə iclasında mübahisə davaya çevrildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə bələdiyyə iclasında mübahisə davaya çevrildi xəbəri üçün şəkil
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bələdiyyə məclisinin aylıq iclası zamanı başlayan mübahisə yumruq davasına çevrilib.
Məlumatı İHA verib.   Tərəflərin bir-birinə su atması və ardınca fiziki qarşıdurmanın yaşanması kameralara düşüb.
Məlumata görə, Tahir Tarhan adlı bələdiyyə məclisi üzvü ilə Silopi bələdiyyəsinin sədri Jiyan Ormanlı arasında başlayan mübahisəyə sədr müavini Harun Kudayın da müdaxilə etməsi ilə gərginlik artıb.
İddia olunur ki, hadisə zamanı Tahir Tarhan Harun Kudayın üzünə su atıb. Kudayın da cavab verməsindən sonra mübahisə fiziki qarşıdurmaya çevrilib.
Görüntülərdə DEM Partiyasından olan bəzi bələdiyyə məclisi üzvlərinin də mübahisəyə qoşulduğu və Kudaya qarşı fiziki müdaxilənin baş verdiyi iddia edilir. Hadisə bələdiyyə məclisinin iclası zamanı lentə alınıb.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑