BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, tərəflər Böyük Britaniya ərazisində yerləşən ABŞ obyektlərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər.
Telefon danışığı zamanı qlobal enerji bazarlarında sabitliyin qorunması istiqamətində ikitərəfli əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.
“Dövlət katibi Rubio dünya enerji bazarlarının sabitləşdirilməsi üçün ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha təsdiqləyib”, – Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Böyük Britaniyada yerləşən Feyrford aviabazasında baş vermiş insidentlə əlaqədar daha əvvəl yeddinci şübhəli şəxs saxlanılıb.
Hadisədən sonra ABŞ təhlükəsizlik səbəbindən bütün B-1 bombardmançı təyyarələrini Feyrford aviabazasından çıxarıb.





