Dünya · Teleqraf

Vuçiç Putinlə Serbiyanın neft şirkətinin taleyini müzakirə edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vuçiç Putinlə Serbiyanın neft şirkətinin taleyini müzakirə edib xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Serbiyanın sabiq Prezidenti Aleksandr Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə Serbiyanın Neft Sənayesi Şirkətinin (NIS) ətrafında yaranmış vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Vuçiç bu barədə “RT Balkan” telekanalının aparıcısı Mariya Kordiçə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkətin fəaliyyəti ilə bağlı məsələni yaxın vaxtlarda Rusiya lideri ilə müzakirə edib.

“Bu barədə bu yaxınlarda Prezident Putinlə də danışmışam. Mən Rusiyanın mövqeyini başa düşürəm. Eyni zamanda, ABŞ-nin də bu məsələdəki mövqeyini anlayıram”, – Vuçiç qeyd edib.

O, ABŞ-nin məsələyə yanaşmasının dəyişə biləcəyini də istisna etməyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi avqust ayında Serbiyanın Neft Sənayesi Şirkətinin fəaliyyətini davam etdirməsinə imkan verən müvəqqəti lisenziyanın müddətini sentyabrın 30-dək uzatmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑