Dünya · Ölkə.az

Azərbaycana indiyədək bu qədər ukraynalı uşaq gətirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycana indiyədək bu qədər ukraynalı uşaq gətirildi xəbəri üçün şəkil

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ukraynalı uşaqların Azərbaycana gətirilməsində əsas məqsəd onların burada olduqları müddətdə sosial və tibbi reabilitasiyasını təmin etməkdir:

"Uşaqlar 10 gün ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaq, onlar üçün fərdi və qrup şəklində psixoloji konsultasiyalar, art-terapiya və digər zəruri sosial reabilitasiya tədbirləri təşkil olunacaq".

Bundan əlavə, uşaqlar tibbi reabilitasiya çərçivəsində müxtəlif xidmətlərdən, o cümlədən müalicəvi vanna və hovuz imkanlarından yararlanacaqlar.

Agentlik rəsmisi qeyd edib ki, proqramın məqsədi Ukraynada mövcud vəziyyətin uşaqlara təsirlərinin aradan qaldırılmasına dəstək göstərmək və onların sosial reabilitasiyasını təmin etməkdir.

O əlavə edib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün Qəbələ ilə yanaşı, Şəki və Şamaxı şəhərlərinə də səfərlər nəzərdə tutulub. Səfərlər çərçivəsində onlar muzeylərə, mədəniyyət və istirahət məkanlarına baş çəkəcəklər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑