Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"İran İslam Respublikası bundan əvvəl də İngiltərədən Tehrana qarşı tələsik mövqelər tutmaqdan və sübut olunmamış iddialar irəli sürməkdən çəkinməsini istəyib", - məlumatda bildirilib.
Xatırladaq ki, Böyük Britaniya Tehranı ölkənin təhlükəsizliyinə təhdidlər yaratmaqda ittiham edərək İran səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
Bundan başqa, 29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər. Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Feyrford" aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bildirib.





