ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı hücumlara münasibət bildirərək deyib: “Husilər səhv, çox səhv bir şey edirlər. Bu, heç də yaxşı deyil.”
Tezadlar.az xəbər verir ki, Prezident Tramp Ohayoda keçirilən seçki mitinqi üçün Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
Son günlərdə Səudiyyə Ərəbistanına hücumlarını artıran Husilər haqqında suala cavab olaraq Tramp deyib: “Husilər səhv, çox səhv bir şey edirlər. Bu, heç də yaxşı deyil.”
AA müxbirinin Husi hücumlarının son dövrdə artması ilə ABŞ-da keçirilən aralıq konqres seçkiləri arasında əlaqə görüb-görməməsi ilə bağlı sualına cavab olaraq Tramp deyib: “Bunun seçkilərə necə təsir edəcəyini bilmirəm. Bunu nəzərə almıram. Bildiyim tək şey odur ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq və bu, artıq baş verib. Onların heç vaxt nüvə silahı olmayacaq. Amma Husilər səhv davranırlar.”
ELBAR




