Dünya · Teleqraf

Panamada güclü zəlzələ: 6 mindən çox insan zərər çəkib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Panamada güclü zəlzələ:  6 mindən çox insan zərər çəkib xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Panamada baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində 6 mindən çox insan zərər çəkib. Təbii fəlakət zamanı insan tələfatı qeydə alınmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Panama Prezidenti Xose Raul Mulino xalqa müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarının qiymətləndirilməsi davam etdirilir.

“İndiyədək 1744 yaşayış evinə baxış keçirilib, 6174 nəfərin zərər çəkdiyi müəyyən olunub. Yoxlamalar davam etdikcə bu rəqəm yenilənəcək”, – Prezident qeyd edib.

Mulino yeraltı təkanların dağıdıcı təsirinin güclü olduğunu, mütəxəssislərin dəymiş ziyanın miqyasını müəyyənləşdirmək üçün iş apardığını bildirib.

Onun sözlərinə görə, hökumət zərərçəkən ərazilərə ərzaq və içməli su çatdırılmasını, yolların və körpülərin bərpasını, eləcə də elektrik enerjisi təchizatının yenidən təmin olunmasını təşkil edir.

“Yardıma daha çox ehtiyacı olan insanlara dəstəyin çatdırılması üçün zəruri resurslara qənaət etməyəcəyəm”, – Mulino vurğulayıb.

Prezident bildirib ki, zədələnmiş evlərin təmiri üçün tikinti materialları ayrılacaq. Həmçinin yerli podratçılar cəlb edilməklə Milli Polisin mütəxəssislərinin layihələri əsasında iki və üçotaqlı yeni yaşayış evləri inşa olunacaq.

Dövlət başçısı əhalini yalnız rəsmi məlumatlara etibar etməyə və təsdiqlənməmiş xəbərləri yaymamağa çağırıb.

Mulino sosial şəbəkələrdə yayılan sunami təhlükəsi və Panama kanalı üzərindəki Amerika körpüsünün bağlanması barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑