Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib.
Məlumatda vurğulanır ki, yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib.
Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən üç gün sonra baş verib. Həmin vaxt Tonosidən 39 kilometr şimal-qərbdə, dörd kilometr dərinlikdə 7,2 maqnitudalı zəlzələ baş vermişdi. ///report///



