ABŞ Dövlət katibi Marko Rubio ilə Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband arasında telefon danışığı zamanı Birləşmiş Krallıqda ABŞ aktivlərinin qorunması məsələsi müzakirə olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda Marko Rubionun qlobal enerji bazarlarının sabitləşdirilməsi üçün iki ölkə arasında sıx əməkdaşlığın vacibliyini vurğuladığı bildirilib.
Qeyd edək ki, Böyük Britaniyanın Feyrford aviabazasında baş verən hadisədən sonra təhlükəsizlik narahatlıqları səbəbindən ABŞ B-1 bombardmançı təyyarələrini bazadan geri çəkib. Hadisə ilə əlaqədar yeddinci şübhəli də saxlanılıb..






