Dünya · Axar.az

Ukraynanı bu cür addımlardan çəkindirmək yanlışdır - General

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynanı bu cür addımlardan çəkindirmək yanlışdır - General xəbəri üçün şəkil

Ukrayna Rusiyanın neft-qaz infrastrukturuna zərbələrin intensivliyini artırmalıdır.

Axar.az xəbər verir ki, bunu təqaüddə olan amerikalı general və Avropadakı ABŞ qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.

Onun fikrincə, Vaşinqtonun Kiyevi bu cür addımlardan çəkindirmək cəhdləri yanlışdır:

“Ukrayna Rusiyanın neft-qaz infrastrukturu obyektlərinə zərbələrin intensivliyini artırmalıdır. Bunun çox ciddi təsir göstərdiyi açıq-aydındır. Əks halda, Kreml tərəfindən Ağ Evə bu hücumların dayandırılması tələbi ilə edilən bütün təzyiqləri eşitməzdiniz. Əlbəttə, bu, böyük təsir göstərir”.

General əmindir ki, ABŞ bu taktikanı dəstəkləməkdən çəkinsə belə, Avropadakı tərəfdaşlar Ukraynanın uğur qazanmasının həyati əhəmiyyətini anlayırlar. O, Avropa ölkələrinin Rusiyaya qarşı mübarizədə Ukraynanın səylərini dəstəkləmək üçün yollar tapacağına ümid etdiyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑