Dünya · News24.az

Gürcüstandan 112 əcnəbi deportasiya edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstandan 112 əcnəbi deportasiya edildi xəbəri üçün şəkil

Son günlər ərzində Gürcüstandan 112 xarici ölkə vətəndaşı deportasiya edilib.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslər arasında Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və digər ölkələrin vətəndaşları var.

Yerli qanunvericiliyə uyğun olaraq, Gürcüstandan çıxarılan əcnəbilərin ölkəyə girişi qadağan olunub.

Qeyd edək ki, Gürcüstandan əcnəbilərin deportasiyasına başlıca səbəb onların ölkədə hüquqi əsas olmadan qalmasıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑