Kremlin mətbuat katibi Dmitri Peskov fiqurlu konkisürən qızı Nadejda Peskova haqda danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibə verib.
Peskov qızının Olimpiya Oyunlarında qələbə qazandığını görmək istədiyini bildirib.
“Amma bu, çox çətindir. Minlərlə, hətta on minlərlə insan buna can atır, lakin onlardan yalnız bir neçəsi buna nail olur”, – deyə o qeyd edib.
Xatırladaq ki, 12 yaşlı Nadejda Peskova Dmitri Peskovun və fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navkanın qızıdır.
Günay Rəsulqızı
Globalinfo.az



