Dünya · Bakupost.az

Kosmosda gülümsəyən üzün sirri nədir?- FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kosmosda gülümsəyən üzün sirri nədir?- FOTO xəbəri üçün şəkil

“NASA”nın “Hubble” kosmik teleskopu gülümsəyən insan üzünü xatırladan qalaktika toplusunu görüntüləyib. “SDSS J1038+4849” adlanan bu quruluşun yaranması Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə izah olunur.
“Bakupost” xəbər verir ki, görüntüdə iki parlaq qalaktika gözləri, əyri işıq izləri isə gülümsəyən ağız formasını xatırladır.
Bu mənzərə qravitasiya linzalanması nəticəsində yaranıb. Kütləli qalaktika topluları fəza-zamanı əyərək arxalarında yerləşən obyektlərdən gələn işığı bükür. Nəticədə işıq əyri xətlər şəklində görünür.
Vüsalə Hüseynova,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑