Dünya · Editor.az

Pakistanda dəhşətli qatar qəzası: 5 nəfər öldü, 30 yaralı var – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Pakistanda dəhşətli qatar qəzası: 5 nəfər öldü, 30 yaralı var – VİDEO xəbəri üçün şəkil

Pakistanın Pəncab əyalətində baş verən dəmir yolu qəzası nəticəsində azı 5 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Editor.az xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Hadisə Multan şəhərində, Şer-Şah körpüsünün yaxınlığında qeydə alınıb. Kəraçidən Peşəvərə gedən “Rehman Baba Express” sərnişin qatarı yerli vaxtla səhər saat 05:15 radələrində relsdən çıxıb. Məlumata görə, qatarın 14 vaqonunun hamısı dəmir yolu xəttindən çıxıb.

Qəza zamanı yaralanan sərnişinlər Multan şəhərindəki xəstəxanalara çatdırılıblar. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik rəsmən açıqlanmayıb. Bununla belə, sərnişinlərdən biri mətbuat nümayəndələrinə bildirib ki, hadisədən bir qədər əvvəl işçilər vaqonlardan birinin bərkidici hissələrində təmir işləri aparıblar.

Həmin məlumatın qəzanın baş verməsi ilə əlaqəsi olub-olmadığı hələ təsdiqlənməyib. Hadisənin səbəblərinin araşdırılması gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑