Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya televiziyasına müsahibəsində Moskva ilə Vaşinqton arasında enerji sahəsindəki təmaslar və qlobal enerji bazarındakı mövcud vəziyyət barədə açıqlamalar verib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Novakın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığından sonra Moskva dizel yanacağının ixracına tətbiq edilən qadağanı qismən yumşaldıb.
O qeyd edib ki, ABŞ administrasiyası da Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı sanksiyaları altı ay müddətinə — 2027-ci il aprelin 7-dək dayandırıb.
Novakın bildirdiyinə görə, hazırda iki ölkənin şirkətləri, eləcə də Rusiya və ABŞ-ın enerji nazirlikləri arasında birbaşa danışıqlar aparılır.
//Gülnarə Abasova, Editor.az





