Dünya · Teleqraf

Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Venesuela aclığın aradan qaldırılması üçün yeni planı işə salıb xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Venesuela hökuməti ölkədə aclığın aradan qaldırılması məqsədilə yeni dövlət proqramının icrasına başlayıb.

Teleqraf xəbər verir ki, bunu Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodriqes Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi Ümumdünya Ərzaq Forumunun (World Food Forum 2026) plenar iclasında açıqlayıb.

Rodriqes bildirib ki, “Venesuela qidalandırır” adlı proqramın əsas məqsədi ölkədə ərzaq istehsalı ilə bağlı bütün prosesləri vahid sistemdə birləşdirmək və aclığa son qoymaqdır.

“Bu tribunadan bəyan etmək istəyirəm ki, ərzaq istehsalının bütün mərhələlərini birləşdirərək ən ali məqsədimizə – aclığın aradan qaldırılmasına nail olmaq üçün ‘Venesuela qidalandırır’ planını işə salırıq”, – o qeyd edib.

Rodriqes vurğulayıb ki, qidalanma hüququ insanın yaşamaq, ləyaqətli həyat sürmək və hərtərəfli inkişaf etmək hüquqları ilə birbaşa bağlıdır.

Onun sözlərinə görə, əhalinin ərzaq təminatının yaxşılaşdırılması üçün ardıcıl və inklüziv dövlət siyasəti həyata keçirilməli, investisiyalar və maliyyələşmə artırılmalı, istehsal, elm və texnologiyalar inkişaf etdirilməli, beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑