Dünya · SİA

"Bu ölkəyə getməyin!" - Qazaxıstan öz vətəndaşlarına çağırış etdi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Bu ölkəyə getməyin!" - Qazaxıstan öz vətəndaşlarına çağırış etdi xəbəri üçün şəkil

Qazaxıstan Səudiyyə Ərəbistanının mülki infrastrukturuna edilən hücumlarla əlaqədar bu ölkədə olan vətəndaşlarını ehtiyat tədbirlərini gücləndirməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, vətəndaşlara yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, insanların kütləvi toplaşdığı yerlərdən və yüksək riskli obyektlərdən uzaq durmaq tövsiyə olunub.

XİN həmçinin zəruri hallar istisna olmaqla, hava limanlarına getməkdən çəkinməyi, uçuşların statusunu əvvəlcədən aviaşirkətlərlə dəqiqləşdirməyi və mümkün olduqda vacib olmayan səfərləri təxirə salmağı məsləhət görüb.

Mətləb Salahov

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑