Dünya · Modern.az

53 dollarlıq gəlinlik - Hillari və Bill Klintonların toyu necə olub?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
53 dollarlıq gəlinlik - Hillari və Bill Klintonların toyu necə olub?
53 dollarlıq gəlinlik - Hillari və Bill Klintonların toyu necə olub?

Hillari və Bill Klintonun sevgi hekayəsi ailələrinin ictimaiyyətin diqqət mərkəzinə düşməsindən xeyli əvvəl başlayıb.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, onların münasibətləri 1971-ci ildə, Yel Universitetinin hüquq fakültəsində təhsil aldıqları zaman yaranıb.

“Mən kitabxanada dərs oxuyurdum, Bill isə dəhlizdə başqa bir tələbə ilə söhbət edirdi. Onun daim mənə baxdığını hiss etdim. O, artıq xeyli müddət idi ki, mənə baxırdı. Buna görə də masamdan qalxıb ona yaxınlaşdım və dedim ki, əgər sən mənə baxmağa, mən də sənə baxmağa davam edəcəyiksə, yaxşı olar ki, tanış olaq. Mən Hillari Rodeməm. Vəssalam”, — deyə Hillari Klinton müsahibəsində xatırlayıb.

Bir neçə gün sonra onlar ilk görüşə gediblər. 1974-cü ildə Hillari gələcək həyat yoldaşının yanında olmaq üçün Arkanzasa köçüb. Orada hər ikisi Arkanzas Universitetində hüquq fənnini tədris ediblər.

Hillari işlə əlaqədar səfərlərindən birinə gedəndə Bill onun üçün çox darıxıb. Sevgilisindən ayrı qalmaq istəmədiyi üçün onlar üçün kiçik bir kottec alıb. Hillari qayıdanda isə Bill ona belə deyib: “Mən bu evi aldım. İndi sən mənimlə evlənməlisən, çünki mən orada tək yaşaya bilmərəm. Deməli, mənimlə evlənəcəksən”.

Lakin arzuladığı “bəli” cavabını eşitmək üçün Bill Hillariyə üç dəfə evlilik təklifi etməli olub. Hillari belə xatırlayırdı:

“Əslində, Bill mənə evlilik təklifi edəndə iki dəfə ondan imtina etmişdim. İlk dəfə bu, hüquq fakültəsini bitirdikdən sonra İngiltərəyə etdiyimiz səfər zamanı baş verdi. Mən hələ buna hazır olmadığımı deyərək razılaşa bilməyəcəyimi dedim. Təxminən bir il sonra o, yenidən soruşdu və mən bir daha “yox” cavabı verdim. Onda Bill dedi ki, mən özüm “bəli” deməyə hazır olana qədər bir daha evlilik təklifi etməyəcək”.

Qeyd olunur ki, Bill təmtəraqlı toy mərasimi arzulayıb, Hillari isə hətta nişan üzüyü belə istəməyib. Nəticədə cütlük ortaq qərara gəlib: əvvəlcə nişan məclisi təşkil ediblər. Həmin məclisdə Hillari Billin dostları ilə tanış olub. Daha sonra onlar kiçik və səmimi toy mərasimi keçiriblər.

Cütlük 11 oktyabr 1975-ci ildə evlənib. Toy mərasimi Billin onlar üçün aldığı kottecdə baş tutub.

Məlumata görə, toy ərəfəsində, hətta mərasimdən bir gün əvvəl axşam Hillarinin hələ gəlinlik paltarı belə hazır deyildi. Anası bu vəziyyətdən şoka düşüb və tələsik qızını “Fayetteville Mall” ticarət mərkəzində yerləşən “Dillard’s” univermağına aparıb. Orada Hillari “Jessica McClintock” brendinə məxsus krujevalı gəlinlik alıb. Paltarın qiyməti cəmi 53 dollar olub və o, mağazada gördüyü ilk modellərdən biri idi.

Mərasimi yerli keşiş evin qonaq otağında keçirib. Toy şənliyi dostlarının evində təşkil olunub. Bal ayını isə Klintonlar Meksikanın Akapulko şəhərində keçiriblər.

27 fevral 1980-ci ildə ailənin yeganə övladı olan qızları Çelsi dünyaya gəlib.

Bu gün Hillari və Bill artıq nənə-babadırlar. Onların qızı Çelsi həyat yoldaşı Mark Mezvinski ilə birlikdə üç uşaq böyüdür.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑