Dünya · Teleqraf

Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri qayıdıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri qayıdıb xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi Rusiyanın Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS agentliyi hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyənin İzmir, Antalya və İstanbul şəhərlərindən Moskvanın Vnukovo hava limanına uçan təyyarələr Litva hava məkanında istiqamətlərini dəyişərək geri dönüblər.

Mənbənin sözlərinə görə, təyyarələrin İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına eniş etməsi gözlənilir.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daha əvvəl Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Qurum məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑