Dünya · Baku.ws

Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb xəbəri üçün şəkil

Rusiyanın Çelyabinsk şəhərində "Artakovski" mütəşəkkil cinayətkar qruplaşmasının lideri Artak Varosyan və qruplaşmanın fəal üzvlərinə cinayətkar birlik yaratmaq ittihamı irəli sürülüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Cinayətkar birlik yüksək mütəşəkkilliyi, sərt intizamı və işlənib hazırlanmış məxfilik sistemi ilə seçilirdi. Cinayətlərdən əldə olunan gəlirlər ümumi kassaya daxil olurdu. Bu vəsait hesabına qruplaşmanın üzvlərinə, eləcə də həbs yerlərində cəza çəkən şəxslərə dəstək göstərilirdi. Bundan əlavə, qruplaşma üzvləri Rusiyada ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş hərəkatın ideologiyasına sadiq idilər", - deyə İrina Volk bildirib.

Qruplaşmanın bir neçə briqadası olub. Onlardan biri Çelyabinskdə, digəri isə Plast şəhərində fəaliyyət göstərib.

"Artakovski" qruplaşmasının dağıdılmasına 2025-ci ilin noyabrında başlanılıb. Həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları qruplaşmanın lideri Varosyanı saxlayıblar. Bundan sonra hüquq-mühafizə orqanları digər üzvlərin axtarışına başlayıblar. Əməliyyatçılar onlarla şəxsi saxlayıblar. Onların qruplaşmadakı rolundan asılı olaraq Rusiya Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb.

Hazırda qruplaşmanın lideri və fəal üzvləri istintaq təcridxanasında saxlanılır. İş üzrə istintaq davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑