Dünya · Azxeber.com

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib xəbəri üçün şəkil
İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi oktyabrın 12-də krallığın Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Stiven Douti ilə görüşündə ölkəsinin "Feyrford" aviabazası ətrafında baş vermiş insidentlə hər hansı əlaqəsini rəsmən və qəti şəkildə rədd edib.
Bu barədə ISNA məlumat yayıb.
"İran İslam Respublikası bundan əvvəl də İngiltərədən Tehrana qarşı tələsik mövqelər tutmaqdan və sübut olunmamış iddialar irəli sürməkdən çəkinməsini istəyib", - məlumatda bildirilib.
Xatırladaq ki, Böyük Britaniya Tehranı ölkənin təhlükəsizliyinə təhdidlər yaratmaqda ittiham edərək İran səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
Bundan başqa, 29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlarda, kiberhücumlarda və digər hibrid əməliyyatlarda ittiham ediblər. Nazirlər İranın sentyabrın 27-də Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin "Feyrford" aviabazasında baş vermiş hadisəyə aidiyyəti ilə bağlı Böyük Britaniyanın gəldiyi nəticələri qəbul etdiklərini bildiriblər.   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑