Dünya · Baku.ws

Fransa Hind okeanında neft tankerini saxladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransa Hind okeanında neft tankerini saxladı xəbəri üçün şəkil

Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanında "DF Peak" adlı neft tankerini saxlayıb.

BAKU.WS xəbər verir ki, Fransa prezidenti Makron bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Prezident Makron gəminin saxta bayraq altında üzməsi ilə bağlı şübhələrin olduğunu bildirib.

Fransa liderinin sözlərinə görə, əməliyyat oktyabrın 12-də səhər saatlarında Reyunyon adasından 450 dəniz milindən çox cənubda həyata keçirilib.

O qeyd edib ki, tankerin saxta bayraq altında hərəkət etdiyi ehtimal olunur. Gəminin saxlanılması beynəlxalq sularda fəaliyyət göstərən və mənşəyini, eləcə də fəaliyyətini gizlətməkdə şübhəli bilinən gəmilərlə mübarizə çərçivəsində baş tutub.

Fransa Prezidenti əməliyyatın beynəlxalq hüquq normalarına uyğun həyata keçirildiyini vurğulayıb. O, bu addımın Parisin qanunsuz ticarətlə mübarizə aparmaq əzmini nümayiş etdirdiyini bildirib.

Xatırladaq ki, martın 12-də İsveç hakimiyyəti də Komor adalarının bayrağı altında üzən "Sea Owl I" tankerini saxta bayraqdan istifadə şübhəsi ilə saxlamışdı. Oktyabrda isə gəmi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb və onun hərəkətini davam etdirməsinə icazə verilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑