ABŞ-nin Los-Anceles şəhəri güclü fırtınanın təsirinə məruz qalıb. Fırtına ABŞ-nin qərb hissəsinin demək olar ki, bütün ərazisini əhatə etsə də, ən böyük zərər bu şəhərə dəyib.
Yenicag.az kp.ru-ya istinadən xəbər verir ki, təbii fəlakətin şiddəti barədə yerli fövqəladə xidmətlər məlumat yayı.
Qasırğa yol nişanlarını aşırıb, evlərin damlarını qoparıb. Güclü yağışlar səbəbindən şəhərin bir neçə rayonunda daşqınlar başlayıb. Dağıdıcı dalğalar qum bəndlərini yararaq okeanın kənarında yerləşən kotteclərlə birlikdə şəhərin sahilboyu ərazisini dağıtmağa başlayıb.
Minlərlə ev işıqsız qalıb. Ştatda tarixdə ikinci dəfə tropik fırtına xəbərdarlığı elan edilib.




