Dünya · Axar.az

Xəzər sahillərində yenidən ölü suitilər aşkarlandı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzər sahillərində yenidən ölü suitilər aşkarlandı xəbəri üçün şəkil

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində 10-dan çox ölü suiti aşkarlanıb. Heyvanların ölüm səbəbləri hələlik məlum deyil.

Axar.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, suitilərin cəsədlərini Aktau şəhərinin sakini Bautino kəndi yaxınlığında aşkar edib. Onun sözlərinə görə, ölü suitilər sahilboyu təxminən 2,5-3 kilometrlik ərazidə olub.

Qadın aşkar etdiyi ölü suitilərin fotolarını yerli nəşrə göndərib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər sahillərində əvvəllər də oxşar hallar qeydə alınıb. Bu ilin yazında həmin ərazidə yüzlərlə ölü suiti aşkarlanmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑