İdman · Futbolpress.az

Xankəndidə ilk dəfə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə ilk dəfə xəbəri üçün şəkil

Azərbaycan Cüdo Federasiyası (ACF) noyabrın 1-də Xankəndi şəhərində ilk dəfə olaraq kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edəcək.

Futbolpress.az xəbər verir ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə keçiriləcək imtahan 7 yaşdan yuxarı olan bütün cüdoçular üçün açıq elan olunub. Namizədlərin kəmər seçimi onların yaş kateqoriyasına uyğun aparılacaq və sınağı uğurla tamamlayan idmançılara ACF tərəfindən müvafiq kəmər və sertifikatlar təqdim ediləcək.

Federasiyanın tətbiq etdiyi yeni qaydalara əsasən, bu ildən etibarən rəsmi kəmər dərəcəsinə sahib olmayan idmançıların yarışlara qatılmasına icazə verilməyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑