Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının 2026/2027 mövsümü UEFA Millətlər Liqasındakı püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri yarışın C Liqasının 2-ci qrupunda yer alıblar. Yığmamız bu mərhələdə Latviya, Gürcüstan və Lixtenşteyn komandaları ilə qüvvəsini sınayacaq.
Dairəvi sistemlə, ev və səfər oyunları formatında təşkil olunacaq qrup mərhələsinin təqvimi də bəlli olub. I və II turlar 2027-ci il fevralın 23-dən martın 6-dək, III və IV turlar aprelin 13-dən 24-dək, sonuncu V və VI turlar isə iyunun 7-dən 15-dək reallaşacaq.


