“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasında “Feyenoord”a qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçı belə şərh edib:
“Nəticədən və oyundan razıyam. İstədiyim komandanı meydanda gördüm. Hər baxımdan əla vəziyyətdə idik. Qələbə üçün nə lazımdırsa, sona qədər etdik.
Erkən qol vurmağımız işimizi daha da asanlaşdırdı. Rəqibin pressinq edəcəyini bilirdik. Ona uyğun taktiki hazırlığımızı etmişdik. Sevindirici haldır ki, sonda hər şey istədiyimiz kimi bitdi. İndi bunu unudub, növbəti matçlara köklənməliyik”.



