Əfsanəvi isveçli xokkeyçi Niklas Lidström Rusiyanın turnirlərə qayıtmasına qarşı çıxıb.
Publika.az xəbər verir ki, Niklasın fikrincə, boykot CAS qərarına ən yaxşı cavab olardı.
Onun sözləri “Hockeynews.se” saytı tərəfindən sitat gətirilib.
“Ağlıma gələn ilk fikir budur ki, biz bunu boykot etməliyik”, – deyə İsveç Hokkey Federasiyasının (SHF) məsləhətçisi Niklas Lidström bildirib.
Lakin onun mövqeyi hələlik federasiyanın rəsmi xətti deyil. Prezident Anders Larsson milli komandanın, hətta rusiyalı oyunçuların iştirak etməsinə baxmayaraq, turnirləri boykot etməyəcəyini açıqlayıb.





