“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk ilk dəfə ölkəsinin əsas milli komandasına dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı hücumçu baş məşqçi Andrea Maldere tərəfindən UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün açıqlanan 25 nəfərlik əsas heyətə daxil edilib.




