Futbol üzrə Misli Premyer Liqasının 11-ci turu “Zəfər turu” elan edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
PFL Vətən müharibəsində şanlı qələbənin altıncı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.
11-ci turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.
Qeyd edək ki, 11-ci turun oyunları noyabrın 6-8-də keçiriləcək.





