İdman · Futbolpress.az

Dünya çempionatına kimlər gedəcək?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya çempionatına kimlər gedəcək? xəbəri üçün şəkil

Azərbaycanın U-23 cüdo üzrə milli komandasının İtaliyanın Neapol şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Futbolpress.az xəbər verir ki, oktyabrın 30-dan noyabrın 1-dək baş tutacaq qitə birinciliyində ölkəmizi 5 müxtəlif çəki dərəcəsində 8 idmançı təmsil edəcək.

Yarışda 60 kq çəkidə Murad Muradlı və Babarəhim Mirzəyev, 66 kq-da Nizami İmranov və İslam Rəhimov, 73 kq-da isə Əbil Yusubov və Mehdi Cəfərov tatamiyə çıxacaqlar. Ağır çəkilərdə isə Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) medal uğrunda mübarizə aparacaqlar.

Cüdoçularımız yarışa kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullunun rəhbərliyi altında yollanacaqlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑