İdman · Futbolpress.az

Azərbaycan idmançısı Fransadan medalla qayıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan idmançısı Fransadan medalla qayıdır xəbəri üçün şəkil

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-Pri turnirində uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.

Futbolpress.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz ardıcıl qələbələrlə finala kimi irəliləyib.

Zeynalov qızıl medal uğrunda həlledici döyüşdə İsrail idmançısı Asaf Yasuru ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibinə məğlub olan idmançı fəxri kürsünün ikinci pilləsində qərarlaşaraq gümüş medala sahib olub.

Dünyanın ən güclü parataekvondoçularının mübarizə apardığı nüfuzlu turnirdə milli komandamız baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə təmsil olunur. Komandamızın heyətində Sabir Zeynalovla yanaşı, İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) də medala iddiasını davam etdirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑