“Kristal Pelas”ın futbolçusu Jan-Filipp Mateta karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Atletiko” fransalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb. Madrid təmsilçisi yanvarda Mateta üçün Premyer Liqa klubu ilə danışıqlara başlayacaq.
İngiltərəli futbolçu bu mövsüm çempionatda 4 oyuna çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Fransalı hücumçu milli komandasının da üzvüdür.



