Dünya · Editor.az

Xameneidən ABŞ seçkiləri ilə bağlı açıqlama: Trampın məğlubiyyəti İran siyasətini dəyişməyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xameneidən ABŞ seçkiləri ilə bağlı açıqlama: Trampın məğlubiyyəti İran siyasətini dəyişməyəcək xəbəri üçün şəkil

İranın ali dini lideri Müctəba Xamenei ABŞ-ın Tehrana qarşı siyasətinin dəyişməyəcəyini bəyan edərək Vaşinqtona növbəti hərbi qarşıdurma ilə bağlı sərt mesaj göndərib.

Xamenei bildirib ki, ABŞ-da aralıq seçkilərdə respublikaçıların məğlub olması Donald Tramp administrasiyasının İrana münasibətinə təsir göstərməyəcək. Onun sözlərinə görə, Vaşinqtonun siyasətində dəyişiklik gözləyənlər yanılırlar.

İran lideri 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumun ildönümü münasibətilə yaydığı bəyanatda ölkəsinin təzyiqlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

Xamenei iddia edib ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibə nəticəsində Tehran Hörmüz boğazına nəzarəti ələ keçirib və regiondakı Amerika hərbi bazalarına ciddi zərbələr endirib.

O, növbəti hücumların təkrarlanacağı təqdirdə İranın cavabının daha genişmiqyaslı olacağını bildirib. Xamenei həmçinin İranın dəstəklədiyi silahlı qrupların mövqeyini yüksək qiymətləndirib.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑