Dünya · Editor.az

Ukrayna NATO-dan imtina edəcək? ABŞ-ın yeni sülh planının detalları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna NATO-dan imtina edəcək? ABŞ-ın yeni sülh planının detalları xəbəri üçün şəkil

ABŞ Ukraynada davam edən müharibənin dayandırılması və tərəflər arasında razılaşmanın əldə olunması üçün yeni təkliflər paketi hazırlayıb. Təkliflər arasında Donbasda demilitarizasiya zonasının yaradılması, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Avropaya qaz tədarükünün bərpası kimi məsələlər yer alır.

Editor.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “The Economist” nəşri yazıb.

Nəşrin məlumatında bildirilir ki, nəzərdən keçirilən plan Rusiyanın iqtisadi və diplomatik münasibətlərinin yenidən qurulmasını da əhatə edir. Bu çərçivədə Moskvaya qarşı tətbiq olunan bəzi sanksiyaların yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin imzalanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması imkanları müzakirə olunur.

Təkliflər paketində Ukraynanın gələcək təhlükəsizlik və siyasi istiqaməti ilə bağlı məsələlər də diqqət çəkir. Məlumata əsasən, Kiyevin NATO-ya üzvlükdən imtina etməsi müqabilində ölkəyə investisiyaların cəlb olunması və Avropa İttifaqına üzvlük perspektivinin dəstəklənməsi nəzərdə tutula bilər.

Planın digər mühüm istiqaməti enerji sahəsi ilə bağlıdır. Rusiya qazının Avropaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən fəaliyyətə başlaması ehtimalları da təkliflər arasında göstərilir.

Donbasda demilitarizasiya zonasının yaradılması isə ərazi və təhlükəsizlik məsələlərinin həlli baxımından planın diqqətçəkən məqamlarından biri kimi təqdim olunur.

Bununla belə, açıqlanan məlumatlar təkliflər paketinin bütün tərəflər tərəfindən qəbul edildiyini və ya razılaşmanın əldə olunduğunu göstərmir. Planın gələcək taleyi tərəflərin mövqelərindən və mümkün danışıqların nəticələrindən asılı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑