Dünya · Editor.az

38 ildən sonra Texasda gözlənilməz nəticə: İlon Maskdan ironik reaksiya

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
38 ildən sonra Texasda gözlənilməz nəticə: İlon Maskdan ironik reaksiya xəbəri üçün şəkil

ABŞ-da keçirilən seçkilərdə respublikaçıların uğursuzluğu təkcə Donald Trampa deyil, milyarder İlon Maska da ciddi zərbə vurub. Seçki kampaniyası zamanı respublikaçı namizədlərə yüz milyonlarla dollar dəstək verən Mask nəticələrdən sonra diqqətçəkən açıqlama ilə çıxış edib.

Məlumata görə, dünyanın ən varlı iş adamlarından biri olan İlon Mask seçki kampaniyalarına 446 milyon dollar ianə edib. Bu vəsaitin demək olar ki, hamısı Respublikaçılar Partiyasının namizədlərinə yönəldilib. “The New York Times” qəzetinin hesablamasına əsasən isə Maskın ümumi ianələrinin məbləği 476 milyon dollara çatıb.

Maskın Texasla bağlı biznes planları da seçki nəticələri fonunda diqqət mərkəzinə düşüb. O, tənzimləyici məhdudiyyətlərdən yayınmaq və respublikaçıların üstünlük təşkil etdiyi ştatda fəaliyyət göstərmək məqsədilə “Tesla” şirkətinin baş qərargahını Kaliforniyadan Texasa köçürmüşdü. Milyarder özü də bu ştata köçüb.

Bundan başqa, “SpaceX” şirkətinin əsas bazalarından biri də Texasda yerləşir. Maskın 16,8 milyard dollarlıq investisiya ilə qurmağı planlaşdırdığı “Terafab” layihəsi də həmin ştatda həyata keçirilir. İş adamı “X” platformasının baş qərargahını da Texasa köçürməyi planlaşdırır.

Lakin son seçkinin nəticələri milyarderin bu ştatla bağlı siyasi gözləntilərini sual altına alıb. Belə ki, təqdim edilən məlumata görə, Texas 38 ildən sonra ilk dəfə demokratların qələbə qazandığı ştat kimi diqqət çəkib. Demokrat namizəd Ceyms Talariko rəqibini 12 faiz bəndi qabaqlayaraq səslərin 55 faizini toplayıb.

Donald Trampdan sonra seçkilərin ən çox diqqət çəkən itirənlərindən biri kimi göstərilən Mask isə nəticələrə yumorla münasibət bildirib.

O, sosial şəbəkədə cəmi bir cümlə yazıb:

“İndi kosmosdakı məlumat mərkəzləri daha cəlbedici görünür”.

Maskın bu paylaşımı onun Texasdakı biznes planları və ştatda baş verən siyasi dəyişikliklərlə bağlı zarafat kimi qiymətləndirilib.

\\ Aydan Bünyatova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑