Dünya · Modern.az

Zelenski Melaniya Trampa orden verdi - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski Melaniya Trampa orden verdi - FOTO
Zelenski Melaniya Trampa orden verdi - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın birinci xanımı Melaniya Trampı I dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif edib.

Modern.az xəbər verir ki, bu barədə informasiya noyabrın 2-də imzalanmış prezident sərəncamında yer alıb.

Belə ki, Melaniya Tramp bu mükafata “Ukraynaya humanitar dəstək göstərilməsinə, Ukrayna uşaqlarının və Rusiya təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşların xilas edilməsinə yönəlmiş fəal hüquq müdafiə və xeyriyyəçilik fəaliyyətinə verdiyi mühüm şəxsi töhfəyə görə” layiq görülüb.

Qeyd edək ki, Melaniya Tramp Oleşkidə humanitar missiya ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑