Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukraynada müharibə başa çatmadan ABŞ administrasiyasını Rusiya ilə genişmiqyaslı iqtisadi əməkdaşlığın perspektivlərinə inandırmağa çalışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Dmitriyev enerji, mülki aviasiya, nadir torpaq metalları, süni intellekt və texnologiyalar sahəsində birgə layihələr təklif edib. Həmçinin Donald Trampa yaxın şəxslərin “Lukoyl”a investisiya yatırması imkanları müzakirə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin fevralında Rusiyanın təkliflərinin ümumi dəyərinin 12 trilyon dollar qiymətləndirildiyini açıqlayıb və bunu “Dmitriyevin paketi” adlandırıb.
Moskva iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə ABŞ sanksiyalarının yumşaldılmasına və Vaşinqtonla münasibətlərin normallaşdırılmasına nail olmağa ümid edib.
Bizim.Media
Putinin xüsusi nümayəndəsi müharibə bitmədən ABŞ biznesini Rusiya bazarına cəlb edir – “Le Monde”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



