Braziliyada yüngül kənd təsərrüfatı təyyarəsi idarəetməni itirərək uşaq bağçasının binasına çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə “TV Real SBT” məlumat yayıb.
"Kampo Verdedəki Kora Koralina uşaq bağçasının ərazisində kənd təsərrüfatı təyyarəsi qəzaya uğrayıb", - məlumatda deyilir.
Nəşrin məlumatına görə, qəza oktyabrın 23-də uşaq bağçasının istirahət zonasında baş verib. Həmin vaxt ərazidə 183 uşaq olub. Baş verən panikaya baxmayaraq, uşaqlardan heç biri xəsarət almayıb. Pilot yüngül xəsarətlərlə şəhər xəstəxanasına aparılıb.
Müəllif: Tural



