Dünya · Bizim.Media

Rusiya ordusu Kiyevdə Cənub körpüsünə zərbə endirdi – FOTO/VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ordusu Kiyevdə Cənub körpüsünə zərbə endirdi – FOTO/VİDEO xəbəri üçün şəkil

Rusiya ordusunun raket hücumu nəticəsində Kiyevdə Cənub körpüsü və metro infrastrukturu zədələnib.

Bizim.Media xəbər verir ki, Kiyev meri Vitali Kliçko körpüdəki dağıntıların görüntülərini yayımlayıb.

Onun sözlərinə görə, mütəxəssislər hazırda zərərin dərəcəsini qiymətləndirirlər, körpüdə hərəkət isə müvəqqəti dayandırılıb.

Bundan əlavə, metronun yaşıl xəttində “Osokorki” və “Qırmızı xutor” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiyanın Kiyevə hücumu nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.

Oktyabrın 26-da axşam saatlarında Desnyanski rayonunda universitet binasına, yataqxanalara, yaşayış evlərinə və üç avtomobilə ziyan dəyib. Qeyri-yaşayış binası da qismən dağılıb.

Oktyabrın 27-nə keçən gecə Obolon rayonunda qeyri-yaşayış binalarında iki yanğın baş verib. Yanğınlar xilasedicilər tərəfindən söndürülüb. Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.



Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑