Dünya · Publika.az

Tramp təhqir etdi, Norveç cavabını verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp təhqir etdi, Norveç cavabını verdi xəbəri üçün şəkil

ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını qazana bilməməsinə görə Norveçi təhqir edib. Norveç rəsmiləri isə hökumətin mükafatın qalibinin seçilməsinə təsir göstərmədiyini bildiriblər.

Publika.az xəbər verir ki, Tramp bazar günü Miçiqan ştatında keçirilən mitinqdə Norveçi “bərbad ölkə” adlandırıb və bu ölkədən ABŞ-a miqrant qəbul etmək istəmədiyini deyib.

“Norveçdən heç kimi istəmirəm. Norveçlə heç bir əlaqəm olsun istəmirəm”, - o bildirib.

ABŞ liderinin narazılığı 2026-cı il Nobel Sülh Mükafatının ona deyil, Cənubi Afrikalı insan hüquqları müdafiəçisi Navi Pillaya verilməsi ilə bağlıdır. Tramp qərarı “Norveçin üzərində silinməz ləkə” adlandırıb.

Norveçin xarici işlər naziri Espen Bart Eide isə Nobel Komitəsinin müstəqil olduğunu vurğulayıb.

“Biz ona bunu xatırlatmışıq. Vəziyyət dəyişməyib”, - nazir deyib.

Norveç Nobel İnstitutunun nümayəndəsi də komitənin hökumətdən tamamilə müstəqil fəaliyyət göstərdiyini bildirib. Qeyd edək ki, komitənin beş üzvünü Norveç parlamenti altı il müddətinə təyin edir.

Xatırladaq ki, Tramp səkkiz müharibəni həll etdiyini və buna görə səkkiz Nobel Sülh Mükafatına layiq olduğunu söyləyib. Lakin onun sadaladığı münaqişələrdən bəziləri, o cümlədən İsrail-HƏMAS və İsrail-İran qarşıdurmaları hələ də tam həllini tapmayıb.

Müəllif: Adəm

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑