"Apple" şirkəti yeni qatlanan iPhone Duo telefonlarının ekranında yaranan nasazlıqlara görə cihazları dəyişdirməyə hazırlaşır.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, istifadəçilər ekranlarda çatlar və xətlərin yarandığını, bəzi cihazları açarkən qeyri-adi səslər eşitdiklərini bildiriblər. Şirkət problemin az sayda telefonda qeydə alındığını açıqlayıb və təsirlənən istifadəçiləri dəyişdirmə üçün müraciət etməyə çağırıb.
7,6 düymlük daxili ekrana malik iPhone Duo-nun qiyməti 3 199 funt sterlinqə qədərdir. Nasazlığın ümumi miqyası hələlik açıqlanmayıb.



