İdman · Bizim.Media

Mbappenin Mao Tszedunla bağlı zarafatı BAŞINA BƏLA OLDU - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mbappenin Mao Tszedunla bağlı zarafatı BAŞINA BƏLA OLDU - FOTO xəbəri üçün şəkil


Çin şirkətləri İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe ilə reklam müqavilələrini ləğv etməyə başlayıblar. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb fransalı futbolçunun Mao Tszedun ilə bağlı verdiyi qalmaqallı açıqlama olub.

Çinin enerji içkiləri istehsalçısı "Dongpeng" və süd məhsulları nəhəngi "Mengniu" idmançı ilə əməkdaşlığı dayandırdıqlarını rəsmən elan ediblər.

"Şirkətimiz milli hissiyyatları təhqir edən hər bir hərəkətə qətiyyətlə qarşı çıxır və buna qarşı sıfır dözümlülük nümayiş etdirir. Bu gündən etibarən Kilian Mbappe ilə bütün əməkdaşlığı dayandırırıq", — deyə "Dongpeng" şirkətinin rəsmi bəyanatında bildirilir.

"Mengniu" brendi də analoji mövqedən çıxış edərək, Çin xalqının milli hisslərini təhqir edən istənilən söz və əmələ qarşı barışmaz olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, qalmaqala səbəb Mbappeinin müsahibələrinin birində ən sevdiyi meymin öz üzünün qrafik redaktor vasitəsilə "Çin diktatoru"nun üzünə yerləşdirildiyi fotonun olduğunu bildirməsidir.

Məlumat üçün bildirək ki, son bir il ərzində azarkeşlər Mbappenin "Real Madrid" və Fransa milli komandasında qərarların qəbuluna iddia edilən təsiri və nüfuzu səbəbindən onu zarafatla "diktator" adlandırmağa başlamışdılar.


Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑