Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) rusiyalı teleaparıcı və aktyor Leonid Yakuboviçi öz məlumat bazasına daxil edib.
Bizim.Media xəbər verir ki, sənətçinin profili BKİ-nin rəsmi portalında yerləşdirilib.
Məlumat bazasında Yakuboviçin Rusiya hakimiyyətinin fəaliyyətinə dəstək kimi qiymətləndirilən bəyanatları və hərəkətləri sadalanıb.
Bunlara Vladimir Putinin 2012 və 2018-ci illərdəki prezident seçkilərində etibarlı nümayəndəsi kimi iştirakı, eləcə də 2016-cı ildə Krıma səfəri daxildir.
Kəşfiyyat idarəsi 2022-ci ilin fevralında “Antonimı” YouTube kanalına verdiyi müsahibəyə də diqqət çəkib. Profildə bildirilir ki, Yakuboviç Ukrayna ilə hərbi münaqişənin qaçılmazlığından danışıb, Ukraynanı Rusiya üçün təhlükə mənbəyi adlandırıb və qondarma Donetsk və Luqansk “xalq respublikalarının” tanınmasını dəstəkləyib.
Məlumat bazasında onun “Pole Çudes” verilişində rusiyalı hərbçilərdən və “xüsusi hərbi əməliyyat” iştirakçılarından hədiyyələr qəbul etdiyi buraxılışlar da qeyd olunub.
Bizim.Media




