Bildiyiniz kimi, Rusiyada tarixən türk mənşəli xalqları olan bir sıra bölgələr var.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın TDT-yə üzv olması təklifi barədə danışarkən deyib.
“Buna görə də Rusiyanın belə bir təşkilatda iştirak etməsi tamamilə başa düşüləndir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev TDT-nin 30 oktyabrda Ankarada keçirilən 13-cü sammitində Rusiyanın quruma müşahidəçi üzv kimi qəbulunu təklif etmişdi.




