Ermənistan hökuməti artıq Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu Milli Məclisin daimi komitələrinin birgə iclasında "Ermənistan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb.
"Daha sonrakı proseslər təşkil olunmazdan əvvəl, Ermənistan hökuməti vaxta qənaət etmək və layihə üzərində işə başlamaq üçün öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üçün layihə sənədlərinin hazırlanmasına başlayacaq. TRIPP inkişaf şirkəti yaradıldıqdan sonra Ermənistan hökuməti artıq tamamlanmış işləri ona təhvil verəcək", - deyə baş nazir bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bu layihənin köməyi ilə Ermənistan 30 ildən çox davam edən blokadanı dəf edəcək.
“TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistanın bütün istiqamətlərdə maneəsiz qalacağı qəti və birmənalı şəkildədir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində maneəsiz qalacaq. Bütün bu marşrutların maneəsiz qalması bütün infrastrukturun TRIPP layihəsinin bir hissəsi olacağı anlamına gəlmir.
Nrnadzor-Karçevan dəmir yolu, eləcə də elektrik xətləri və avtomobil yolu TRIPP layihəsinin bir hissəsi olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq”, - deyə Nikol Paşinyan qeyd edib.


