Dünya · Publika.az

Kral leysana düşdü, kraliça onu qoyub qaçdı - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kral leysana düşdü, kraliça onu qoyub qaçdı - VİDEO xəbəri üçün şəkil

Böyük Britaniya kralı III Çarlz Antiquaya səfəri zamanı gözlənilməz hava şəraiti ilə üzləşib. Tropik leysan yağışına düşən monarx başdan-ayağa islanıb.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, kral III Çarlz və kraliça Kamilla Müstəqillik Günü tədbirlərində iştirak etmək üçün stadiona gəldikləri zaman güclü yağış başlayıb. İlk olaraq Kamillaya çətir verilib, kral isə bir müddət yağış altında gözləməli olub.

Antiquanın baş naziri Qaston Braunla söhbəti zamanı III Çarlz yaranmış vəziyyətə yumorla yanaşıb. O, zarafatla şalvarında kərəviz bitməyə başladığını söyləyib.

Həmin görüntüləri təqdim edirik:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑