Dünya · Bizim.Media

ABŞ seçkiləri: Demokratlar böyük fərqlə öndədir – Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ seçkiləri: Demokratlar böyük fərqlə öndədir – Foto xəbəri üçün şəkil

ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 148, respublikaçılar isə 89 mandat əldə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bu vaxtadək hesablanan səslərə əsasən, senatda demokratlar 49, respublikaçılar isə 37 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 18, respublikaçılar isə 11 yerə sahibdirlər.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.


Bizim.Media 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑