ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, Amerika lideri bu barədə "The New York Times" qəzetinə müsahibəsində deyib.
Səslərin bir hissəsi hesablandıqdan sonra Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə edib.
"Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik", - Tramp bildirib.
O, həm də Respublikaçılar Partiyasının məğlubiyyətini öz adının seçki bülletenində yer almaması ilə izah edib.
"Mənim adım seçki bülletenində yox idi. Əgər orada olsaydım, böyük fərqlə qalib gələrdik", - Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.



